Paşinyan Brüssel görüşünün Makron olmadan keçirilməsinə razılıq verib

ABŞ-da danışıqlar zamanı irəliləyiş əldə edilməsəydi Brüsseldə gələn həftənin bazar gününə planlaşdırılan Azərbaycan və Ermənistan liderlərinin görüşü mümkün olmayacaqdı.

Azpost.info bildirir ki, bu barədə Avropa İttifaqının yüksək rütbəli məmurlarından biri Azadlıq Radiosunun erməni redaksiyasına bildirib.

Ermənistan görüşün Fransa prezidenti olmadan keçirilməsinə razılıq verib. İki həftədən sonra isə müzakirələr Almaniya kansleri Şolts və Fransa prezidenti Makronun iştirakı ilə davam etdiriləcək.

Azərbaycandan olan mənbələr deyib ki, bu, Bakının Makronun vasitəçilik səyi üçün görüşə razılıq vermək üçün şərti olub.

Tərəflər Brüsseldə üçtərəfli görüşlərin keçiriməsi barədə razılıq əldə ediblər.

Azpost.info

 

Əvvəlki məqalə

Bərdədə saxta dollar satanlar tutuldu

Sonrakı məqalə

Blinken Şarl Mişellə Cənubi Qafqazda sülhü müzakirə edib