Paşinyan hərbi çevirilişdən ehtiyatlanır

Ermənistanın baş naziri hərbi çevirilişin baş verməsindən narahatdır.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Nikol Paşinyan daha çox silahlı qüvvələrdən ehtiyat edir. O, dar çevrədə hərbi çevrilişin ola biləcəyindən ehtiyatlandığını bildirib. Son günlər bu istiqamətdə ən çox müdafiə naziri David Tonoyanın adı hallanır”, – qəzet bildirib.

Məqalədə qeyd edilib ki, müdafiə nazirinin sədaqət andı içməsinə baxmayaraq, hakim dairələrdə onun əvəz edilməsi üçün namizəd axtarılır: “Aprel döyüşlərində kəşfiyyat sahəsini iflas etdirdiyi üçün Müdafiə Nazirliyindən uzaqlaşdırılmış, hazırda baş nazirin müşaviri olan Arşak Karapetyanın da tutduğu vəzifədən azad ediləcəyi bildirilir”.

Qeyd edək ki, iyunun 8-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru, Silahlı qüvvələrin baş qərargah rəisi və Polis rəisi istefaya göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu il uşaqlara ən çox qoyulan adlar

Sonrakı məqalə

“Ermənistan hakimiyyətini əhalisini sülhə hazırlamağa çağırırıq”