“Paşinyan hakimiyyəti saxlamağa, Koçaryan ələ keçirməyə çalışır” –Ter-Petrosyan

“Paşinyan rejimi hər vəchlə hakimiyyətini qoruyub saxlamağa çalışır”

Bu fikri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi Erməni Milli Konqres Partiyasının mətbu orqanı hesab edilən “iLur” internet nəşrin Ermənistanda daxili siyasi vəziyyətə dair sualına cavabında deyib.

Məsələ ilə bağlı Ter-Petrosyan bir neçə məqamı vurğulayıb:

1. Paşinyan rejimi vasitələrin fərqinə varmadan, nəyin bahasına olursa olsun hakimiyyətdə qalmağa çalışır.

2. Koçaryan və Sarkisyan tərəfindən idarə olunan müxalifət də, daxili ziddiyyətlərə baxmayaraq, hər vəchlə hakimiyyəti ələ keçirməyə çalışır.

3. Hər üç düşərgədə tamamilə dövlət maraqlarının dərk edilməməsi müşahidə olunur, və milləti təhdid edən yeni fəlakətlərin qaçılmaz nəticəsi budur.

4. Çıxış yollarının axtarışı sırf münaqişə tərəfləri və ziyalıların vəzifəsidir.

5. Cəmiyyətin qalan təbəqələrinin hazırda vəziyyətə təsir etmək vasitələri yoxdur. Siyasi və informasiya “səhnələrinin fəal aktyorların əksəriyyəti” tamamilə sözügedən üç düşərgənin maraqlarına xidmət edir.

Ermənistan prezidenti Levon Ter-Petrosyanın şərhi ilə bağlı Ermənistan rəsmi qurumları tərəfindən hələ ki münasibət bildirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Ukraynaya hucum olarsa cavab tədbirlərini müzakirə edib

Sonrakı məqalə

“Yəhudilər əhalisi şiə müsəlmanı olan Azərbaycanda bir ailə kimi yaşayır”-