Paşinyan İrəvanda ATƏT sədri ilə görüşüb

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə Qarabağdakı vəziyyəti, Laçın dəhlizini, eləcə də Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələlərini müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Görüşdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi institutunun daha fəal rolunun təmin edilməsi qeyd edilib”, – məlumatda deyilir.

Buyar Osmani Ermənistanla əməkdaşlığın vacibliyini vurğulayıb və əlavə edib ki, təşkilatın məqsədi regionda sülh və sabitliyə kömək etməkdir.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.