Baş nazir Paşinyan İran prezidenti İbrahim Rəisini Ermənistana səfərə dəvət edib.
Azpost.info İRİB-ə istinadən bildirir ki, bu barədə o, Rəisi ilə Tehranda keçirilən görüşdən sonra verdiyi açıqlamada deyib.
Paşinyan bildirib ki, Soçi görüşü ilə bağlı İran prezidentini məlumatlandırıb: “Mən Üçtərəfli görüş barədə cənab Rəisiyə məlumat verdim. İran prezidentinin regionda sülh və təhlükəsizliklə bağlı fikirləri ilə razıyam”-deyə Paşinyan bildirib.
Paşinyan deyib ki, İran və Ermənistan enerji və qaz sazişinin uzadılması barədə Bəyənnamə imzalayıblar.
Baş nazir danışıqların davam etdirilməsi üçün Rəisini Ermənistana dəvət edib.