Paşinyan İran prezidentini Ermənistana səfərə dəvət edib –Tərəflər qaz bəyannaməsi imzalayıb

Baş nazir Paşinyan İran prezidenti İbrahim Rəisini Ermənistana səfərə dəvət edib. 

Azpost.info İRİB-ə istinadən bildirir ki, bu barədə o, Rəisi ilə Tehranda keçirilən görüşdən sonra verdiyi açıqlamada deyib.

Paşinyan bildirib ki, Soçi görüşü ilə bağlı İran prezidentini məlumatlandırıb: “Mən Üçtərəfli görüş barədə cənab Rəisiyə məlumat verdim. İran prezidentinin regionda sülh və təhlükəsizliklə bağlı fikirləri ilə razıyam”-deyə Paşinyan bildirib.

Paşinyan deyib ki, İran və Ermənistan enerji və qaz sazişinin uzadılması barədə Bəyənnamə imzalayıblar.

Baş nazir danışıqların davam etdirilməsi üçün Rəisini Ermənistana dəvət edib.

 

 

Əvvəlki məqalə

AMEA-nın yeni prezidenti iclas keçirdi, iki akademik üzvlükdən azad olundu –

Sonrakı məqalə

KTMT Kollektiv Təhlükəsizlik Şurası İrəvanda toplaşacaq