Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilin payızında Qarabağ müharibəsi zamanı KTMT-nin mövqeyindən narazı qaldıqlarını bildirib.
Azpost.info xəbər verir ki, o, bu gileyini KTMT-nin Moskvada keçirilən sammitində səsləndirib. Paşinyanın sözlərinə görə, KTMT ölkələrinin müharibə zamanı və ondan sonrakı reaksiyası Ermənistanı və erməni xalqını razı salmadı: “Təəssüf ki, təşkilat Ermənistanın gözlədiyi reaksiyanı vermədi”.
O, KTMT ölkələrinin Azərbaycana silah satmasını da problem adlandırıb.
Azpost.info