“Paşinyan Moskvaya gəirsə, deməli, Aİ missiyası özünü doğrultmayıb”- Cabarov

Rusiya Federasiya Şurasının rəsmisi Vladimir Cabarov Ermənistan Baş naziri Nikol Paşinyanın mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək qərarını yüksək qiymətləndirib.

Azpost.info xəbər verir ki, senatorun fikrincə, bu addım Avropa İttifaqının Ermənistandakı missiyasının özünü doğrultmadığını göstərir.

“Ermənistan rəhbərliyi başa düşür ki, Rusiyanın vasitəçiliyi olmadan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsinin həlli mümkün deyil. Bu, yaxşı haldır və onu deməyə əsas verir ki, Aİ-nin Ermənistandakı missiyası çox güman ki, özünü doğrultmayıb”, – Cabarov bildirib.

O əlavə edib ki, Rusiya regionda sülhün qorunmasında böyük məsuliyyət daşıyır: “Moskva başa düşür ki, əvvəlki görüşdə Ermənistana, o cümlədən Fransadan çox şeylər vəd edilib. Rusiya regionda sülhün qorunması məsələsində böyük məsuliyyət daşıyır. Ona görə də Moskvada üçtərəfli görüşün olması çox yaxşıdır”.

Azpost.info

Əvvəlki məqalə

Səhhətimlə bağlı hər şey qaydasındadır –

Sonrakı məqalə

Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub