Paşinyan müharibədə Ermənistan tərəfdən itkin düşənlərin sayını açıqlayıb

44 günlük müharibədə Ermənistan tərəfdən itkin düşənlərin sayı 208 nəfərdir.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdən itkin düşənlərin sayı 777 nəfər təşkil edir.

“Hər iki müharibənin nəticələrinə görə, ümumilikdə 985 nəfər itkin düşmüş hesab olunur”, – Paşinyan bildirib.

Ermənistanın Baş naziri qeyd edib ki, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə üçtərəfli görüşdə itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün əməkdaşlıq imkanları müzakirə olunub.

Əvvəlki məqalə

Lavrov Kiyevi İstanbul razılaşmalarını pozmaqda ittiham edib

Sonrakı məqalə

Azərbaycanda mobil telefon satan iri şirkətlərə maliyyə sanksiyası tətbiq olunub