Paşinyan Polis rəisinin müavinini Türkiyəyə göndərdi

02 Noyabr 2021 - 01:07

Ermənistanın Baş Naziri Nikol Paşinyan Polis rəisinin müavini Ara Fidanyanı İstanbula ezam edib.

“Sputnik Armeniya”nın xəbərinə görə, müvafiq məlumat hüquq-informasiya portalında dərc edilib.

Fidanyan noyabrın 21-dən 26-dək Türkiyədə olacaq. O, İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 86-cı sessiyasında iştirak edəcək.