Paşinyan Prezident İlham Əliyevlə görüşmək üçün Brüsselə gedəcəyini bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevlə mayın 14-də Brüsseldə planlaşdırılan üçtərəfli görüşlə bağlı səfərini ləğv etmək niyyətində deyil.

“Sputnik Armenia”nın məlumatına görə, o, bu barədə hökumətin bu günkü iclasında bildirib.

Paşinyan bu açıqlamanı bu gün Zod kəndi istiqamətində baş verən silahlı toqquşmaya münasibət bildirərkən deyib.

Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir.

Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır. “Sazişi imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaq istəyimiz var”, o deyib.

Əvvəlki məqalə

“Sülhməramlıların olduğu ərazilərdə nə baş verdiyini yaxşı görürük” –

Sonrakı məqalə

“Şoyqu da orduya məhbusları cəlb etməyə başlayıb”