Paşinyan Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün Soçiyə yola düşüb

26 Noyabr 2021 - 11:10

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb.

Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Soçidə keçiriləcək Rusiya-Azərbaycan-Ermənistan liderlərinin görüşünə qatılacaq.

Həmçinin Putinlə Paşinyanın iki tərəfli görüşü nəzərdə tutulub.

Bu gün Soçidə Putin, İlham Əliyev və Paşinyanın üçtərəfli görüşü keçiriləcək.

 

.