Paşinyan Putini Ermənistana səfərə dəvət edib –Putin razılıq verib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putini İrəvana səfərə dəvət edib. Putin dəvəti qəbul edib. 

Azpost.info bildirir ki, bu barədə Putinlə Nikol Paşinyan arasında keçirilmiş bu günkü görüşün nəticələrinə dair Kremlin yaydığı rəsmi açıqlamada deyilir.

Görüşdən sonra verdikləri açıqlamada Putin və Paşinyan Moskvada keçirilən danışıqların Rusiya-Ermənistan çoxşaxəli  müttəfiqliyini daha da gücləndirəcəyinə əmin olduqlarını bildiriblər.

“Paşinyan Putin tərəfindən göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib və Rusiya liderini 2022-ci ilin ikinci yarısında KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası ilə əlaqədar İrəvana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib”, – deyə sənəddə deyilir.

Əvvəlki məqalə

Putin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayıb

Sonrakı məqalə

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını sürətləndirmək barədə razılığa gəlinib”