Paşinyan Soçidədir- Səfərdə onu 3 hökumət rəsmisi müşayiət edir

Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə işgüzar səfərə gəlib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb

Səfərdə onu Baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan müşayiət edir.

Paşinyan əvvəlcə Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlar aparacaq. Sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutacaq.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycana verdiyimiz dəstəklə işğala son qoyulub“ –

Sonrakı məqalə

Yevlaxın həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşib