Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb. İclasda Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan, Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan və “Mülki müqavilə” parlament fraksiyasının rəhbəri Hayk Konjoryan iştirak edib.
Qeyd edək ki, dünən Putin və Paşinyan Ermənistan və Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsini, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Azpost.info