Paşinyanın partiyası seçkilərdə qalib gəlib

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 475 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub.

Ermənıstanın baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyası rəqiblərindən daha çox səs alıb.

Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,57 faizinin səsini toplayıb.

İkinci yerdə indiyədək 18,89 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 15,43 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.

Digər siyasi qüvvələrə gəlincə, “Respublika” partiyası 11,32%, “Xalqın səsi” partiyası 9,68% səs qazana bilib.

Azpost.info

Əvvəlki məqalə

Erməni silahlıları mövqelərimiz qarşısında səngər qazmağa cəhd edib

Sonrakı məqalə

Bakıda kütləvi davada 3 nəfər bıçaqlanıb