Patriarx Kiril Çexiyanın milli sanksiyalar siyahısına daxil edildi

Çexiya hökuməti Moskva və Bütün Rusiyanın patriarxı Kirilə qarşı sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, o, ölkənin milli sanksiyalar siyahısına daxil edilən ilk rusiyalı olub.

Xarici işlər naziri Yan Lipavski patriarxın sanksiya siyahısına salınmasını şərh edərkən deyib ki, o, öz moizələri və ictimai çıxışları ilə Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandırıb.

Bundan başqa, nazir Rus Pravoslav Kilsəsinin rəhbərinin artıq Böyük Britaniya, Kanada, Litva və Ukraynanın sanksiya siyahısında olduğunu xatırladıb.

Çexiya sanksiyaları ölkəyə girişin qadağan edilməsini və əmlakın dondurulmasını nəzərdə tutur.

Rus Pravoslav Kilsəsi patriarxa qarşı sanksiyaları Ukraynada vəziyyəti gərginləşdirmək və sülhün əldə olunmasını gecikdirmək cəhdi hesab edib.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna üzrə Çin nümayəndə heyətinə Rusiyadakı keçmiş səfir başçılıq edəcək

Sonrakı məqalə

Şuşaya qar yağıb, Xocavəndə və Füzuliyə dolu düşüb