Pele San-Pauludakı xəstəxanadan evə buraxılıb

Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele xəstəxanadan evə buraxılıb.

“AFP” xəbər verir ki, Pele Sao Paulodakı Albert Eynşteyn xəstəxanasında cəmi iki gün qalıb.

Onun xəstəxanaya yerləşdirilməsi kolon (yoğun bağırsaq) xərçənginin müalicəsi ilə bağlı olub.

81 yaşlı keçmiş futbolçunun vəziyyəti stabildir.

Futbol əfsanəsi ayda ən azı bir dəfə kimyaterapiyadan keçmək üçün xəstəxanaya gedəcək.

Əvvəlki məqalə

Mayk Tayson təyyarədə zəhləsini tökən sərnişini döydü –

Sonrakı məqalə

Putin “G20” sammitinə dəvət olunub