Pentaqon Ukraynaya 2 milyardlıq yeni hərbi yardım paketi ayırdı

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.

Azpost.info xəbər verir ki, yardım paketinə Himars raket sistemləri üçün döyüş sursatı, lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatı, təkmilləşdirilmiş “Switchblade 600” kamikadze-dron aparatı da daxil olmaqla bir neçə növ dron, Rusiya PUA-ları ilə mübarizə üçün silahlar, döyüş elektron avadanlıqlarının aşkarlanması üçün avadanlıq, artilleriya sursatları və minalardan təmizləmə avadanlığı daxildir.

Pentaqon ilk dəfə olaraq Ukraynanın alacağı sursatın miqdarı ilə bağlı təfərrüatları açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Erkin Qədirli Ukrayna parlamentinə dəvət olundu –

Sonrakı məqalə

Britaniyanın Baş naziri Ukraynaya dəstək üçün qapıya çıxdı –