“Peskovun oğlu əməliyyatda başqa adla iştirak edib”- Priqojin detalları açıqladı

“Dmitri Peskovun oğlu Nikolay xüsusi hərbi əməliyyatda başqa adla iştirak edib”.

Azpost.info xəbər verir ki, bu barədə “Vaqner”in qurucusu Yevgeni Priqojin açıqlama verib.

O qeyd edib ki, prezidentin mətbuat katibi oğlunu “Vaqner”ə aparmaq xahişi ilə ona müraciət edib: “Oğlu müharibəyə getməyə qərar vermişdi və onu bundan çəkindirmək əbəs idi. Peskov məsləhət almaq üçün mənə müraciət etdi. Ona Müdafiə Nazirliyinə getməyi məsləhət görmədim, çünki orda qərargahda oturacaqdı. Ona görə də saxta sənədlərlə onu özümlə apardım. Soyadını, adını və ata adını dəyişdirdik. Bu barədə yalnız mən və kadrlar şöbəsinin müdiri bilirdik”.

Priqojin bildirib ki, 33 yaşlı Nikolay Peskov “Vaqner”də artilleriyaçı kimi xidmət edib.

Azpost.info

Əvvəlki məqalə

Ölkəmizdə kino niyə qəliz məsələdir?  –

Sonrakı məqalə

Güclü külək Masallıda fəsadlar törədib