Peyvənd olunmayan insanlarda COVİD mutasiya edir –HƏKİM RƏYİ

Peyvənd olunmayan insanlar koronavirusun mutasiyalarının həyata keçirildiyi mənbədir.

“RBK” agentliyi xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə Baş mütəxəssisi Vladimir Çulanov peyvənd olunmayan insanların bütün cəmiyyət üçün təhlükəsinin dərəcəsi barədə danışarkən deyib: “Koronavirus onların orqanizmində nəzarətsiz yayılır, heç bir müqavimətlə qarşılaşmır, mutasiya və təkamül etməyə qadirdir. Hər bir yeni mutasiya əvvəlcə “delta” ştamı, indi isə “omikron” ştamı ilə baş verdiyi kimi əhəmiyyətli dərəcədə daha yoluxucu ştamın peyda olunmasına gətirə bilər”.

Onun sözlərinə görə, “Omikron” ştamı “delta” ilə müqayisədə 70 dəfə daha yoluxucudur. İlkin müşahidələr göstərir ki, “omikron” ştamının bir daşıyıcısı ətrafında olan 100-ə yaxın insanı bu virusla yoluxdura bilər: ““Omikron” ştamının çox vaxt koronavirusun ən ağır versiyasına səbəb olmamasına baxmayaraq, əvvəlki ştamdan fərqli olaraq, yoluxma hallarında artım mütləq şəkildə xəstəxanaya yerləşdirilmə və ölüm hallarında da artıma gətirəcək”.

V.Çulanov hesab edir ki, məhz buna görə bütün bəşəriyyət səylərini insanların peyvənd olunmasına cəmləməlidir.

ÜST-nin məlumatına əsasən hazırda 90 ölkə əhalisinin koronavirusa qarşı peyvənd olunmasında 40 faizlik məqsədə nail olmayıb.

Azərbaycanda vaksinin hər iki komponenti ilə 18 yaşından yuxarı əhalinin 64 faizi peyvəndlənib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 648 min 496-dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fədakar folklorşünas alim –

Sonrakı məqalə

Yağlı və duzlu yeməklər ürəyə ziyandır –