“Pfizer” gələn tədris ilinədək uşaqlar üçün vaksin hazırlayacaq

26 Mart 2021 - 10:34

“Pfizer” 12-15 yaşlı uşaqlar üçün yeni növ koronavirus (COVID-19) əleyhinə vaksini növbəti tədris ili başlayanadək hazırlayacaq.

 CNN-nin verdiyi xəbərə görə, bu barədə “Pfizer”in peyvənd klinik tədqiqatları və inkişafı üzrə baş vitse-prezidenti Uilyam Qraber bildirib.

Onun sözlərinə görə, şirkət hazırda kliniki sınaqlar həyata keçirir, artıq 12-15 yaş aralığından olan 2 259 yeniyetmədə vaksinin tətbiqi dəyərləndirilib və yaxın vaxtlarda effektivlik və təhlükəsizliklə bağlı tarix ictimaiyyətlə paylaşılacaq.

Qraber onu da qeyd edib ki, yaşı 18-dən az olanların vaksinasiyası virusun yayılmasının qarşısının alınması baxımından önəmli addım olacaq.