Piramidalar üçün nəhəng daşlar necə gətirilib? –Alimlər sirri açdılar

Alimlər xeyli vaxtdır Misir piramidalarını təşkil edən nəhəng blokların çatdırılmasının sirrini öyrənməklə məşğul olublar.

Azpost.info bildirir ki, beynəlxalq tədqiqatçılar qrupu bu sirri açdığını iddia edib. Bu barədə Britaniyanın “The Daily Star” qəzeti yazıb.

Arxeoloqların fikrincə, qədim misirlilər nəhəng blokları tikinti sahəsinə Nil çayının indi qurumuş qolu ilə gətirərək çatdıra bilərdilər.

Alimlər nəzəriyyələrini təsdiqləmək və ya təkzib etmək üçün piramidaların ərazisindən bir sıra daşlaşmış torpaq nümunələrini laboratoriyaya göndəriblər. Məlum olub ki, göndərilən materiallarda Nil çayına xas olan çiçək tozcuqlarının və bitki örtüyünün qalıqları var.

“Bununla da tikinti materiallarının su ilə daşındığını təsdiqləmək mümkün oldu” -deyə geoloq Hader Şeyşa jurnalistlərə bildirib.

Alimlər belə bir nəticəyə gəldilər ki, o dövrdə Nil çayının bir qolu mövcud olub. Bu qolun vasitəsi ilə daş plitələr birbaşa tikinti sahəsinə daşınıb. Nil çayının bu qolu piramida tikintisi başa çatdıqdan təxminən 2 min il sonra quruyub. Eramızdan əvvəl 500-cü ilə qədər artıq ondan əsər-əlamət qalmamışdı.

Azpost.info

Əvvəlki məqalə

İdmançı qızı xilas etdi, özü boğuldu –

Sonrakı məqalə

Serrozdan zədələnmiş qaraciyəri bərpa edən implant hazırlanır