Polis DÇ-2022 ilə bağlı korrupsiya faktı üzrə Avropa Parlamentində keçirilən reydlər zamanı 1,58 milyon avro nağd pul müsadirə edib.
Azpost.info xəbər verir ki, bu barədə Belçikanın “Soir” qəzeti məlumat yayıb.
Avropa Parlamentinin deputatları dekabrın 13-də Fransada keçirilən plenar iclasda böyük korrupsiya qalmaqalı fonunda Avropa Parlamentinin sədr müavini Eva Kaylinin vəzifəsindən azad edilməsinin lehinə səs veriblər.
Korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinən Kaylinin səlahiyyətlərinə xitam verilməsi üçün 625 parlamentari səs verib. Bir deputat qərarın əleyhinə çıxıb, ikisi bitərəf qalıb.
Dekabrın 11-də məlum olub ki, Avropa Parlamentinin sədr müavini, yunan siyasətçisi Eva Kaili və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı korrupsiya faktı ilə bağlı ittiham olunaraq həbs ediliblər.
Avropa Parlamentinin sədri Roberta Metsola daha əvvəl bildirmişdi ki, AP Eva Kailinin həbsindən sonra daxili araşdırma aparacaq.
Azpost.info