Polis İmran Xanın evini mühasirəyə alıb

Polis Pakistanın keçmiş baş naziri İmran Xanın evini mühasirəyə alıb.

Azpost.info xəbər verir ki, bu barədə İmran Xan “Tviter”də yazıb.

“Bəlkə də bu, növbəti həbsdən əvvəl son mesajımdır. Polis evimi mühasirəyə alıb”, – keçmiş baş nazir qeyd edib.

Sabiq baş nazir mayın 9-da həbs edilib. Xanın saxlanması paytaxt da daxil olmaqla ölkənin böyük şəhərlərində kütləvi etirazlara səbəb olub və onun minlərlə tərəfdarı saxlanılıb.

Mayın 12-də İslamabad Ali Məhkəməsi İmran Xanı girov müqabilində iki həftəlik azadlığa buraxıb.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə əhalinin 50,2 faizini qadınlar təşkil edir

Sonrakı məqalə

Azərbaycan əhalisinin sayı açıqlanıb