Polis şöbəsində qətlə yetirilən qadının GÖRÜNTÜLƏRİ –

-VİDEO
30 Sentyabr 2021 - 14:45

Bu gün Bakıda polis şöbəsində baş verən qətl hadisəsinin görüntüləri yayılıb.

Görüntülərdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətlə yetirilən qadının meyitinin şöbədən çıxarılması əks olunub.

Həmin anlar şöbənin yaxılınğında yaşayan sakinlərdən biri tərəfindən lentə alınıb.

Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri İsmayıl Məmmədov aralarında yaranmış mübahisə zəminində arvadı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində table silahı ilə qətlə yetirib.(Lent.az)

Görüntüləri təqdim edidik: