Polşa Belarus yük avtomobillərinin ölkəyə girişini dayandırır

Polşa Belarus yük maşınları üçün sonuncu keçid məntəqəsini də bağlayır.

Bu barədə Polşanın dövlət qurumları məlumat yayıb.

Qərar Belarus tərəfinin Polşa daşıyıcılarına qarşı davranışına cavab olaraq qəbul edilib. Fevralın 18-dən Belarus hakimiyyətinin qərarı ilə Polşada qeydiyyatda olan yük maşınları Belarusa yalnız Polşa-Belarus sərhədindən daxil ola bilər.

Polşanın daxili işlər naziri Mariuş Kaminski “Twitter“ səhifəsində bildirib ki, ölkə hakimiyyəti Belarusa simmetrik cavab verəcək.

Əvvəlki məqalə

Şeyxülislam Portuqaliyada Dinlərarası Dialoq Mərkəzinin sessiyasında iştirak edib

Sonrakı məqalə

“Liverpul” “Real Madrid”ə uduzub