Polşa Belarusla sərhəddə elektron səddin inşasını başa çatdırmaq üzrədir.
Azpost.info xəbər verir ki, artıq 206 kilometrlik elektron sədd – kameralar və hərəkət sensorları sistemi mövcuddur.
Polşa Sərhəd Mühafizəsinin mətbuat katibi Anna Mixalskanın sözlərinə görə, avadanlıqların quraşdırılması yekunlaşmaq üzrədir: “İşin bitməsinə mane olan ərazidəki su basmasıdır. Bu, gələcəkdə sistemin fəaliyyətinə mane olmamalıdır. Sədd demək olar ki, hazırdır və biz sərhəddə baş verənlərlə bağlı tam məlumat ala bilirik. Sədd qurulmazdan əvvəl sərhədi keçməyə cəhdlərin dəqiq sayı məlum deyildi”.
Azpost.info