Polşa, Litva, Latviya və Estoniya prezidentləri Kiyevə gəlib – FOTO

Polşa, Litva, Latviya və Estoniya prezidentləri Kiyevə gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə Polşa prezidentinin mətbuat xidməti məlumat yayıb. “Prezident Anjey Duda Estoniya prezidenti Alar Karis, Latviya lideri Egils Levits və litvalı həmkarı Gitanas Nauseda ilə birlikdə artıq Kiyevdədirlər və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəklər”, – məlumatda bildirilir. Qeyd olunur ki, liderlər Ukraynaya siyasi və simvolik dəstək, həmçinin Ukrayna Silahlı Qüvvələrinin maddi təminatı ilə bağlı danışıqlar aparmaq üçün gəliblər. Kiyevdə onları Ukrayna baş naziri Denis Şmıqal qarşılayıb. Azpost.info

Əvvəlki məqalə

MİDA-nın “5 saniyəyə satılan evləri” ilə bağlı araşdırma başladı-

Sonrakı məqalə

“Oyuncaq” filminin məşhur aktyoru vəfat edib