Polşa Rusiya ilə qaz sazişini pozdu –Kreml Varşavanı "dəli" adlandırdı

Polşa hökuməti respublikaya qaz tədarükünə dair 1993-cü ildə Rusiya ilə imzalanmış hökumətlərarası sazişi pozur.

Azpost.info xəbər verir ki, bu barədə bu gün hökumətin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Pyotr Naimski bildirib.

Rusiya qazının Polşa ərazisindən tranziti üçün qaz kəməri sisteminin yaradılması və qazın respublikaya tədarükünə dair 25 avqust 1993-cü il tarixli saziş iki ölkə tərəfindən sonuncu dəfə 2010-cu ildə yenilənmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa hökumətinin Moskvaya münasibətdə qəzəbli mövqe tutduğunu, bu səbəbdən qaz təchizatı ilə bağlı vəziyyətin inkişafını proqnozlaşdırmağın çətin olduğunu deyib: “Polşa hökumətinin nə qədər çılğın, dəliliyin astanasında olan bir mövqe tutduğunu görürük. Ona görə də nəyisə proqnozlaşdırmaq çətindir”.

Azpost.info

Əvvəlki məqalə

Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir

Sonrakı məqalə

“Müharibə başlayandan sonra Putinə sui-qəsd cəhdi olub” –