Polşa Rusiya ilə sərhəddə 80 milyonluq hasar çəkir

Polşada Kalininqrad vilayəti ilə sərhəddə elektron hasarın tikintisinə başlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminski bildirib.

“Bu, Belarusla sərhəddəki kimi çox müasir hasar olacaq. Çoxlu gecə-gündüz kameraları, hərəkət sensorları olacaq. Biz Rusiya ilə sərhəddə baş verən hər şeyi tam izləyəcəyik”, – nazir deyib.

199 kilometrlik Polşa-Rusiya sərhədində ümumilikdə 3000 kamera quraşdırılacaq. Tikinti işlərinin sentyabrın 30-da başa çatdırılması nəzərdə tutulur. İşin dəyəri təxminən 81 milyon avrodur.

Azpost.info

Əvvəlki məqalə

“Formula 1″lə əlaqədar 6 məktəbdə əyani dərslər dayandırılacaq

Sonrakı məqalə

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib