Polşada HIMARS istehsal edən zavod açılıb

ABŞ-ın hərbi-sənaye konserni “Lockheed Martin” Polşada dünya üzrə ikinci ən böyük zavodunu açıb.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin Avropa üzrə vitse-prezidenti Conatan Hoyl bildirib.

“Bu zavodumuz “Lockheed Martin”in dünyada ikinci ən böyük istehsal mərkəzidir. Yeganə daha böyük zavod ABŞ-dakı “Greenville” olaraq qalır”, – Hoyl deyib.

Onun sözlərinə görə, bu strategiya HIMARS çoxsaylı buraxılış raket sistemlərinin və “Javelin” daşına bilən tank əleyhinə raket sistemlərinin istehsalını iki dəfə artırmağa imkan verən nəticələr verib.

“Bu tədbir təkcə geosiyasi vəziyyətin dəyişməsi ilə bağlı deyil. Pandemiya zamanı şirkət istehsalın bir yerdə mərkəzləşdirilməsinin yüksək risklərə səbəb olduğunu başa düşdü”, – Hoyl qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə Rusiya ilə birgə qaz qovşağının yaradılması işi dayandırılıb

Sonrakı məqalə

Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyatına görə rüsum azaldılır