Polşada Rusiya kəşfiyyatına işləyən casuslar həbs edilib

Polşanın Belostok şəhərində biri rus, biri belarus olmaqla iki nəfər xarici kəşfiyyata casusluq ittihamı ilə saxlanılıb.

Azpost.info xəbər verir ki, bu barədə yerli Tvp.info telekanalı məlumat yayıb.

Hər iki şəxs uzun illər Polşada yaşayıb. Onlar Rusiya kəşfiyyatının xeyrinə Polşa və NATO qüvvələri haqqında məlumat toplayıblar. İş üzrə istintaqı Varşava Rayon Prokurorluğunun Hərbi İdarəsi və Hərbi Əks-Kəşfiyyat Xidməti aparır.

“Fəaliyyətləri çərçivəsində onlar hərbi hissələr, onların yerləşdirilməsi, inkişafı, təchizatı və kadr təminatı, həmçinin müttəfiq qüvvələrin hərbi hissələri haqqında məlumat toplayıblar”, – pokurorluqdan bildiriblər.

Casuslar məhkəmə tərəfindən üç ay müddətinə həbs edilir. Onları 10 ilə qədər həbs gözləyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.