Polşada Rusiya səfrinə hücum edildi –Üzünə boya atdılar VİDEO

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev bu gün Varşavada sovet əsgərlərinin məzarı önünə əklil qoymaq istəyərkən hücuma məruz qalıb.

Azpost.info xəbər verir ki, bir qrup şəxs məzarlığa diplomatlar və həyat yoldaşının müşayiəti ilə gələn səfirin yolunu kəsib. Onlar “Faşistlər!” şüarını səsləndirərək səfirin və rus dipolonmatıarın üzərinə qanı simvolizə edən qırmızı boya atıblar. Səfir polisin müşayiəti ilə ərazidən uzaqlaşıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hadisəni şərh edərkən deyib ki, neonasizmin pərəstişkarları növbəti dəfə iç üzlərini göstəriblər: “Qərbdə faşizmin reinkarnasiyası kursu müəyyən edilib. Lakin Rusiyanı qorxuda bilməzlər”.

Azpost.info

Əvvəlki məqalə

Makron bu gün Almaniyaya gedir

Sonrakı məqalə

Şarl Mişel Odessaya səfər edib