“Polşaya raket atmağımız barədə bəyanatlar təxribatdır” –RUSİYA MÜDAFİƏ NAZİRLİYİ

Rusiya Ukraynaya atdığı raketlərin Polşa ərazisinə, Pşevoduv rayonuna düşməsi barədə rəsmi şəxslərin bəyanatlarını rədd edib. 

Azpost.info bildirir ki, Rusiya Müdafiə Nazirıiyinin yaydığı açıqlamada deyilir ki, Polşa KİV-lərinin və rəsmi şəxslərinin bununla bağlı bəyanatları təxribatdır: “Bu, vəziyyəti gərinləşdirmək üçün məqsədyönlü provokasiyadır. Rusiya tərəfindən Ukrayna-Polşa sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməyib”-deyə bəyaantda vurğulanır.

Nazirlik bildirib ki, Polşa KİV-lərinin hadisə yerindən yaydıqları fotolarda olan qalıqlar Rusiyaya aid deyil.

Qeyd edək ki, dünən Polşanın ZET radiosu qeyri-rəsmi mənbələrə əsasən bəyan edib ki, Rusiyanın atdığı iki raket Ukrayna ilə sərhəddə yerləşən taxıl qurudulan yerə düşüb. Hadisə Lyublyan voyevodalığının Pşevoduv kəndində baş verub. Radionun məlumatına görə, iki nəfər həlak olub.

Raketin hara məxsus olduğu dəqiqləşməyib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada həbsdə olan “qanuni oğru” “Hacı Beyləqanski”yə yeni cinayət işi açılıb

Sonrakı məqalə

“Polşaya raket hucumu barədə təsdiqlənmiş məlumatımız yoxdur” –