“Polşaya raket hucumu barədə təsdiqlənmiş məlumatımız yoxdur” –AĞ EV

“Ağ Evdə Polşaya hansısa raket hucumu barədə təsdiqlənmiş məlumat yoxdur. Hazırda ABŞ-ın rəsmi şəxsləri nə baş verdiyini aydınlaşdırmağa çalışır”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrien Uotson Tvitterdə yazıb.

Onun sözlərinə görə, ABŞ-da Polşaya raket düşməsi barədə xəbəri görüblər, amma nə baş verdiyini araşdırırlar. “Biz daha çox məlumat əldə etmək üçün Polşa hökuməti ilə işləyirik. Hal-hazırda bununla bağlı hər hansı detalları təsdiq edə bilmərik. Nə baş verdiyini müəyyən etdikdən sonrakı addımları barədə danışa bilərik”-deyə o vurğulayıb.

 

 

Əvvəlki məqalə

“Polşaya raket atmağımız barədə bəyanatlar təxribatdır” –

Sonrakı məqalə

Taliban ölkədə daşqalaq, şallaq və edam cəzasının tətbiqinə başlayıb –