Portuqaliyanın baş naziri Ukraynaya gəlib, Zelenski ilə görüşüb –FOTO

Portuqaliyanın baş naziri Antonio Kosta bu gün Ukraynaya səfərə gəlib.

Azpost.info xəbər verir ki, İrpin şəhərinə baş çəkdikdən sonra o, prezident Vladimir Zelenski və ukraynalı həmkarı Denis Şmıqalla görüşüb.

Tərəflər maliyyə yardımı haqqında memorandum imzalayıblar. “Mən qəddar, özbaşına və əsassız hücumların şahidi oldum. Müharibə həmişə günahsız insanlara toxunur. Burada həyatı, işi, məhəlləsi olan ailələr canlarını xilas etmək üçün hər şeyi qoyub getməli olublar. Məni ən çox təsirləndirən dinc insanlara qarşı zorakılıqdır”, – Kosta “Tvitter”də yazıb.

O, Ukraynaya 250 milyon avro maliyyə yardımı ayıracaqlarını deyib. “Ukrayna bu il 100 milyon avroya qədər ilk tranşı almalıdır. Bu, Ukraynaya müharibə zamanı makroiqtisadi sabitliyi qoruyub saxlamağa kömək edəcək və bizim qələbəmizdən sonra onun mümkün qədər tez bərpasına imkan verəcək”, – Şmıqal əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

İƏT Baş katibi Azərbaycan Prezidentini təbrik edib

Sonrakı məqalə

Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub