Prezident Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində

- FOTO
13 Dekabr 2019 - 14:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısının iştirakı ilə “Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan “Şahdağ”, “Xocalı”, “Quba”, “Murovdağ” və “Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.