İngiltərənin Baş naziri Rişi Sunak və ABŞ prezidenti Co Bayden Şimali İrlandiyanın paytaxtı Belfast müqaviləsinin (Xeyirli Cümə Müqaviləsi) 25-ci ildönümü münasibətilə Şimali İrlandiyanın paytaxtı Belfastda görüşüblər.
Sunak Bayden ilə görüşündən sonra özünün tviter hesabından etdiyi paylaşımda müqavilənin Şimali İrlandiyanı bugünkü möhkəm mövqeyinə qovuşdurduğunu bildirib.
R. Sunak “Mənim niyyətim buradakı və İngiltərə miqyasındakı insanlar üçün daha yaxşı gələcək qurmaqdır” deyib.
Bayden də görüşdən sonra tviterdə paylaşım edərək, müqavilənin çətin qazanılan sülh kimi bəzən unudulduğuna işarə edərək, həmin müqavilənin dünyanın siyasi çəkisini dəyişdiyini vurğulayıb.
“Mən istəyirəm ki, Şimali İrlandiya xalqı bilsin ki, biz hər addımda sizinləyik və indi də yanınızdayıq”, – ABŞ prezidenti bildirib.
Qeyd edək ki, Şimali İrlandiya 1960-cı illərdən 1998-ci ilə qədər katolik separatçılar ilə İngiltərə ilə birlik tərəfdarı protestantlar arasındakı qarşıdurma halında olub. Ötən 40 ildə terror hadisələri nəticəsində 3500 insan həyatını itirib.
Ada yalnız 1998-ci ildə imzalanmış Belfast müqaviləsi nəticəsində dincliyə qovuşub, Şimali İrlandiyada münaqişə tərəflərinin tərəfdaşlığı əsasında regional hökumətin yaradılması razılaşdırılıb.
“Belfast müqaviləsi” mətnləri hazırda Şimali İrlandiyada qüvvədə olan regional hökumətin əsasını təşkil edir.
Azpost.info