“Prezident mən olsaydım Rusiya-Ukrayna müharibəsi olmayacaqdı” –TRAMP

“Hər şey nüvə müharibəsi ilə qurtara bilər. Bu, Amerikanın yarandığı zamandan bəri üzləşdiyi ən böyük təhlükədir”.

Azpost.info Frans-Press-ə istinadən bildirir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Tramp Pensilvaniyada keçirdiyi mitinqdə çıxışı zamanı deyib.

O, xəbərdarlıq edib ki, ABŞ üçün məsələ nüvə müharibəsi ilə bitə bilər: “Ölkəyə rəhbərlik edən şəxs isə nə etdiyini bilməyən bir adamdır”-deyə Tramp Baydenin “bostanına daş atıb”.

Tramp deyib ki, əgər hakimiyyətdə olsa idi Rusiya-Ukrayna müharibəsi olmayacaqdı. O, Baydeni “ABŞ tarixində ən pis prezident” adlandırıb. “O Rusiya ilə nüvə müharibəsindən danışır. Bu ən dağıdıcı savaşın olacağı üçüncü dünya müharibəsi olacaq”.

“Əgər ölkəmizin dağılmasının qarşısını almaq, “amerikan arzusunu” xilas etmək  istəyirsinizsə çərşənbə axşamı günü respublikaçılara səs verməlisiniz”- deyə Tramp vurğulayıb.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Paşinyan gürcü həmkarına Soçi danışıqları barədə məlumat verib

Sonrakı məqalə

Kürdəmirdə 16 yaşlı qız doğuş zamanı vəfat edib