Prezident Makron rəy sorğusunda 83 faiz səs toplayıb –

Fransada ən populyar siyasətçi hesab olunub
06 Mart 2021 - 01:37
France's President Emmanuel Macron delivers a speech with Prime Minister of Finland Antti Rinne, prior to a meeting at the Elysee Palace, in Paris, Wednesday, Sept. 18, 2019. (AP Photo/Thibault Camus)

Fransanın sabiq baş naziri Eduard Filip 8 ay əvvəl vəzifəsindən getməyinə baxmayaraq, hələ də fransızların sevimli siyasətçisi kimi qalır.

“Elabe” sosial sorğu mərkəzinin tanınmış siyasətçilərlə bağlı apardığı sorğuların nəticəsində sabiq baş nazir respondentlərin 50 faizdən çoxunun səsini qazanan yeganə siyasətçi olub.

“Les Echos” qəzeti və “Radio classique” radiosunun sifarişi ilə realaşdırılmış sorğuda 54 faiz səs qazanan sabiq baş nazir fransız siyasətçiləri arasında birinci yeri tutub. Nikola Ulo 47 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri mədəniyyət naziri Rozelin Başlo (38 faiz), səhiyyə naziri Olivye Veran (35 faiz) və digər şəxslər bölüşüblər.

Prezident Emmanuel Makrona gəldikdə isə seçiciləri ona üstünlük veriblər (83 faiz), o, solçu, eləcə də sağçı siyasətçilər tərəfindən məqbul qiymətləndirilib. Beləliklə, o, solçular arasında 49 faiz, sağçılar arasında isə Nikola Sarkozini (65 faiz) 9 pillə önləyərək, 74 faiz səslə ən populyar siyasətçi hesab olunub.