“Prezident Ştaynmayeri yox, kansler Şoltsu gözləyirik” –Kiyevdən dəvət

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin əvəzinə Kiyevə kansler Olaf Şolts dəvət olunub.

Azpost.info xəbər verir ki, Ukrayna hökuməti Ştaynmayerin səfərinə qarşı çıxmışdı. “Biz xəbər etmişdik ki, kansler Olaf Şolts Kiyevə səfər edərsə, prezidentimiz və hökumətimiz çox şad olacaq”, – Ukraynanın Berlindəki səfiri Andrey Melnik deyib.

Səfirin sözlərinə görə, səfərin əsas məqsədi Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynaya ağır silahların tədarüküdür: “Prezidentimiz bunu səbirsizliklə gözləyir”.

Qeyd edək ki, Frank-Valter Ştaynmayer Kiyev rəhbərliyinin onun Ukraynaya səfərini rədd etdiyini bildirib: “Mən səfərə hazır idim. Lakin Kiyev bunu istəmədi”.

Səfir Andrey Melnik Kiyevin Almaniya kansleri Olaf Şoltsun səfərini Ştaynmayerdən daha çox gözlədiyini açıqlayıb. Melnik Almaniya prezidentini kəskin tənqid edərək, onu onilliklər ərzində Rusiya ilə sıx təmaslar qurmaqda ittiham edib.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanın ərazi bütövlüyünü tanımamaq Ermənistan üçün təhlükədir” –

Sonrakı məqalə

“Qərb Rusiyanı qlobal blokadaya almağa çalışır” –