“Prilepinə sui-qəsd nasist ekstremistlərinin alçaq hücumudur”- MEDVEDEV

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yazıçı Zaxar Prilepinin həyatına sui-qəsdi “nasist ekstremistlərinin alçaq hücumu” adlandırıb.

Azpost.info xəbər verir ki, Medvedev bu barədə Teleqram kanalında yazıb.

“Nasist ekstremistlərinin sizə və yaxınlarınıza qarşı törətdiyi iyrənc hücumdan böyük hiddətlə xəbər tutdum. “Vahid Rusiya” partiyası adından və şəxsən öz adımdan sizə bu çətin anda səmimi dəstəyimi bildirmək istərdim”, – Medvedev Prilepinə xitabən yazıb.

Azpost.info

Əvvəlki məqalə

Siyavuş Aslanın oğlu anasının yanında dəfn edildi –

Sonrakı məqalə

Rusiyalı yazıçının avtomobilini partladan şəxs saxlanılıb