“Vaqner”in rəhbəri Yevgeni Priqojin Sankt-Peterburqdadır, onun muzdluları isə silahlı qiyamdan əvvəl qaldıqları daimi düşərgələrindədirlər”.
Azpost.info xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
“Yevgeni Priqojinə gəlincə, o, Sankt-Peterburqdadır. Bu səhər o haradadır? Bəlkə Moskvaya gedib… Bu gün səhər mənə verilən məlumata görə, “Vaqner” döyüşçüləri öz düşərgələrindədirlər”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, sonuncu dəfə Priqojinlə bir gün əvvəl telefonla danışıb. “O, mənə bu sözləri dedi: “Biz Rusiyanın rifahı üçün çalışacağıq və borcumuzu sona qədər yerinə yetirəcəyik”.
Lukaşenko həmçinin Priqojinin azadlıqda olduğuna əmin edib: “Onun taleyi bundan sonra necə olacaq? Həyatda hər şey olur. Amma əgər düşünürsüz ki, Putin o qədər pis niyyətli və qisasçıdır ki, sabah ona nəsə edəcəklər, xeyr, bu olmayacaq”.
Azpost.info