Çeçenistanın rəhbəri Ramzan Kadırov “Vaqner”in qəzada həlak olmuş rəhbəti Priqojinin ailəsinə və yaxınlarına başsağlığı verib.
Azpost.info bildirir ki, Kadırov bu barədə teleqram kanalında yazıb.
“Yevgeni Priqojin dövlət miqyasında mühüm şəxs idi. O, Ukraynadakı hərbi əməliyyatlara böyük töhfə verib. Bu xidmətləri onun əlindən almaq olmaz. Onun ölümü bütün dövlət üçün böyük itkidir”, – deyə Ramzan Kadırov teleqram kanalında bildirib.
Çeçenistan rəhbəri bildirib ki, o, Priqojinlə köhnə dost olub və ona Liviya və Afrika ilə bağlı bəzi məsələlərdə kömək edib.
“Lakin o, bu yaxınlarda ölkədə baş verənlərin tam mənzərəsini ya görmədi, ya da görmək istəmədi. Mən ondan xahiş etdim ki, dövlət əhəmiyyətli məsələlər naminə şəxsi ambisiyalarından əl çəksin. Qalan hər şey barədə sonra qərar verilə bilər. Ancaq Priqojin polad xarakteri ilə belə idi”-deyə Kadırov vurğulayıb.
Priqojin bir neçə dəfə Qroznıda olub. Səfərlərinin birində Kadırovu Vaqner PMC-nin “Xüsusi xidmətlərinə görə” medalı ilə təltif edib. Çeçenistan rəhbəri onu “böyük qardaş Priqojin” adlandırıb.
Onların arasında münaqişələr də olub. Xüsusilə, Kadırov Priqojini 2009-cu ildə Rusiya Qəhrəmanı Sulim Yamadayevin qətli işində habelə çeçenlərlə bağlı bəyanatlarda ittiham edib.
Azpost.info