“Vaqner”in qurucusu Yevgeni Priqojin Rusiyada yeni media orqanları açmağı planlaşdırırdı”.
Azpost.info xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, təyyarə qəzasından bir gün əvvəl qapalı “Patriot” media qrupuna daxil olan Federal Xəbər Agentliyinin (FAN) keçmiş redaktorları iş təklifi ilə keçmiş işçilərə zəng ediblər. Zəng edənlər əməkdaşlara Priqojinin Rusiyanın informasiya gündəminə qayıtmaq planlarından danışıblar.
İyunun 30-da Yevgeni Priqojinin qiyam cəhdindən sonra “Patriot” media qrupunun nəşrlərinin, o cümlədən FAN, “Narodnıy Novosti”, “Ekonomika seqodnya”, “Politekspert”, “Inforeaktor” və digərlərinin redaksiyaları bağlanıb.
Bu nəşrlərin saytları “Roskomnadzor” tərəfindən bloklanıb.
Azpost.info