Priqojin Ukrayna ordusunun əks-hücum əməliyyatının tarixini- AÇIQLADI

“Vaqner”in qurucusu Yevgeni Priqojin Ukrayna Silahlı Qüvvələrinin əks-hücuma hazır olduğunu bildirib.

Azpost.info xəbər verir ki, Priqojinin sözlərinə görə, əks-hücum mayın 15-dən əvvəl başlayacaq.

“Ukrayna ordusu əks-hücuma hazırdır. Onları pis hava və bəlkə də həll etməli olduğu bəzi daxili problemlər saxladı. Ola bilsin ki, mayın 9-da bizə fasilə verəcəklər, amma 15-ə qədər hücum yüz faiz olacaq”, – Priqojin deyib.

Ukrayna prezidenti Vladimir Zelenski bu gün bildirib ki, Ukrayna ordusunun hücumu zamanı Krımı almaq planlaşdırılır. Onun sözlərinə görə, əməliyyatın uğurlu olması Qərbin silah tədarükündən asılıdır.

Azpost.info

Əvvəlki məqalə

Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi rəsmən təsdiqləndi –

Sonrakı məqalə

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb