“Vaqner”in qurucusu Yevgeni Priqojinin qiyama başlamaq qərarına səhhətindəki ciddi problemlər təsir edə bilərdi”.
Azpost.info xəbər verir ki, bunu “Proekt” son illərdə Priqojinlə birbaşa əlaqədə olan iki mənbəyə istinadən yazır.
“Priqojin xərçəng idi. İndi şişin əmələ gəlməsi prosesi dayanmış kimi görünür”, – onlardan biri bildirib.
“O, mədəsi və bağırsaqları kəsilmiş bir adamdır!” – başqa bir mənbə Priqojinin son vaxtlar çaşqın davranışını, eləcə də niyə qiyam etmək qərarına gəldiyini belə şərh edib.
Hər iki mınbə iddia edir ki, muzdluların başçısı uzun müddət xərçəngdən müalicə olunub və ciddi terapiya alıb. Xəstəliyinə görə Priqojin sağlam həyat tərzi sürür və ciddi pəhrizə riayət edir. Köhnə işçilərindən biri deyib ki, yalnız bir dəfə Priqojinin pəhrizini pozub bir stəkan limonad içdiyini görüb.
Qiyam başlayandan sonra təhlükəsizlik qüvvələri Priqojinin evində axtarış apardı. Daha sonra kremlyönlü media istintaqın fotolarını dərc etdi. Onlardan birində reanimasiya çarpayısı, ventilyator və oksigen konsentratoru olan bir otaq göstərildi. “Proekt” yazır ki, bu, Priqojinin sağlamlıq vəziyyətindən narahat olmasını göstərir.
Bundan başqa, Priqojinin evində axtarışlar zamanı hər birinin çəkisi təxminən bir kiloqram olan “ağ toz” torbaları tapıblar. Lakin işçiləri iddia edirlər ki, onlar heç vaxt Priqojinin narkotik qəbul etdiyini görməyiblər.
“Xəstələnəndən bəri hamıya Afrika və ya Suriyadakı narkotik tacirləri ilə ünsiyyət qurmağı qadağan etdi”, – həmsöhbətlərdən biri deyib.
“Proekt”ə görə, Priqojin Rusiya prezidentinin qızı Mariya Vorontsova ilə əlaqəli olan “Soqaz” elit klinikasında da müalicə olunub. O, “super VIP” statusunda klinikanın ilk müştərilərindən biri olub.
Eyni zamanda Priqojin öz ətrafına Rostov və Moskvaya getmək qərarını psixi tarazlığın itirilməsi ilə izah edib.
Azpost.info