ABŞ-ın keçmiş prezidenti Corc Buş “Vaqner” hərbi qrupunun rəhbəri olmuş iş adamı Yevgeni Priqojin ilə birgə fotosundan şoka düşüb.
Azpost.info bildirir ki, sabiq prezident bu barədə “Yalta -Avropa” Strateji Forumunda danışıb. Buş deyib ki, 17 il əvvəl G8 sammitində Priqojinlə birgə çəkilmiş fotosunu görəndə təəccüblənib.
“Sankt-Peterburqda keçirilən G8 sammitində mənə yemək verən adamın fotosu məni şoka saldı” -deyə o bildirib.
Buş əhəmçinin əlavə edib ki, Priqojinlə şəxsən görüşdüyünü xatırlaya bilmir.
“Vaqner” hərbi qruplaşmasının rəhbəri olmuş Yevgeni Priqojin avqustun 23-də Tverdə təyyarə qəzasında həlak olub. Bu ilin iyul ayında o, hərbi qiyam qaldıraraq Putinin qarşısında tələblər qoymuşdu. Daha sonra Belarus prezidentinin vasitəçiliyi ilə hərbi böhranın qarşısını almaq mümkün olmuşdu.
Azpost.info