Korrupsiya ilə Mübarizə üzrə Moldova Prokurorluğu eks-prezident İqor Dodonun 30 günlük həbsinə icazə istəyib.
TASS xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun rəsmisi Mariana Kerpek açıqlama verib.
O, prokurorluğun həbsə icazə ilə bağlı müraciətinə Kişinyov məhkəməsinin sabah baxacağını deyib.
Korrupsiya ittihamı ilə 72 saat müddətinə saxlanılan Moldovanın eks-prezidenti İqor Dodon hazırda dindirilir.